Bu gün Abşeron rayon Məhkəməsində Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilib.
YeniAvropa xəbər verir ki, məhkəmədə DİN əməkdaşı ifadə verərək bildirib ki, saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib. Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb və İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşınlar olub. Həyətə daxil olmağa polisə icazə verilməyib.
Polislər bir nəfərə xəbərdarlıq edərək həmin ərazidən uzaqlaşıblar.
Rövşən Mustafayev ifadəsində deyib ki, nişan mərasimi ara məsafələr gözlənilməklə açıq havada keçirilib.
Məhkəmənin hökmü ilə Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub.