Karantin rejimini pozaraq avqustun 18-də Novxanıdakı bağ evində qızına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon Məhkəməsinə gətirilib.
YeniAvropa xəbər verir ki, məhkəmənin hökmü ilə sabiq deputat İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Xatırladaq ki, sabiq deputat İlham Əliyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.