logo

YAP Siyavuş Novruzova töhmət verdi

12:30 22-08-2020 | icon 4620
YAP Siyavuş Novruzova töhmət verdi

COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib. YeniAvropa xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır.

Xatırladaq ki, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev karantin rejiminə baxmayaraq, Novxanıdakı bağ evində nəvəsi Fidan Əliyevaya toy edib. Toyda bir çox dövlət məmurları, o cümlədər YAP icra katibinin müavini,  Milli Məclisin komitə sədri Siyavuş Novruzov, onun arvadı-ombudsman Səbinə Əliyeva da iştirak ediblər.

0-1-1