Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.
YeniAvropa xəbər verir ki, məhz bu səbəbdən də avqustun 18-də Novxanıdakı bağ evində qızı Fidan Əliyeva üçün toy mərasimi keçirən AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilib.
Onlar karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar.
Qudalar karantin qaydalarını pozduğuna görə cəzalandırılacaqlar.
Sosial şəbəkələrdə qudalardan əlavə, toyda iştirak edən digər şəxslərin də karantin qaydalarını pozduğuna görə saxlanılaraq Abşeron rayon məhkəməsinə gətirilməsi haqda məlumatlar yayılıb.
Məhkəmənin qərarı ilə İ.Əliyevlə bağlı 15 sutka həbs qərarı veriləcəyi gozlənilir. İşə Abşeron rayon məhkəməsinin hakimi Şövkət Nəcəfova baxacaq.
Bir qədər sonra məhkəmənin qərarı elan olunacaq.