Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 22-si səhərədək bəzi şimal-qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə şimal-qərb küləyi güclənib.
Xidmətdən YeniAvropa-ya bildiriblər ki, düşən yağışın miqdarı Balakəndə 20, Ceyrançöl, Qrız, Daşkəsən, Zaqatalada 1 millimetr olub.
Şimal-qərb küləyi əsib, arabir Gəncə, Neftçalada 20, Ağstafada 18, Şəmkirdə 16, Bakıda və Abşeron yarımadasında: Qum adasında 28, Bakıda 27, Çilov adası, Pirallahıda 25, Maştağa, Sumqayıtda 24, Ələt, Neft Daşlarında 22, Binədə 19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34°, Aran rayonlarında 32-37° isti, dağlıq rayonlarda 18-21°, Naxçıvan Muxtar Respublikasında 32-39° isti olub.