Ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə dəbdəbəli ad günü şənliyi keçirməsi barədə videolar yayılıb.
YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyi(DİN) bununla bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovötən "Qafqazinfo"ya bildirib ki, müğənni Nüşabə Musayeva və məkan sahibi cərimələnib.
"Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər",-deyə Ehsan Zahidov vurğulayıb.