logo

DİN: Ramiz Mehdiyevin nəvəsinin toy məsələsi araşdırılır

10:30 22-08-2020 | icon 2184
DİN: Ramiz Mehdiyevin nəvəsinin toy məsələsi araşdırılır

Daxili İşlər Nazirliyi(DİN) AMEA prezidenti Ramiz Mehdiyevin avqustun 18-də Novxanıda nəvəsinə toy mərasimi keçirməsinə münasibət bildirib.

YeniAvropa xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, sabiq millət vəkili İlham Əliyevin Novxanıdakı bağ evində övladına toy məclisi təşkil etməsi hazırda araşdırılır. "Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcəkdir",-deyə Ehsan Zahidov vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə sabiq PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyundan görüntülərin yayılması, toyda dövlət məmurlarının iştirak etməsi cəmiyyətdə ciddi narazılığa səbəb olub və qınaq obyektinə çevrilib.