Avqustun 21-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5986 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 861 min 788-ə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1727 nəfərdir. Xəstələrdən 180 nəfəri reanimasiyadadır ki, onlardan da 24-ü süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, avqustun 21-də Azərbaycanda koronavirus infeksiyasına 162 yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.