logo

MTRŞ “Lider TV”nin yerinə internet TV-lərin yayılmasını qanunsuz sayır

18:39 21-08-2020 | icon 2779
MTRŞ “Lider TV”nin yerinə internet TV-lərin yayılmasını qanunsuz sayır

Bəzi informasiya saytlarında “Lider TV” kanalının kabel yayımının dayandırılması və kabel operatorlarının paketlərində həmin kanalın əvəzinə “APA TV” kanalının yayımlanacağı barədə məlumatlar yayılıb.

Milli Televiziya və Radio Şurasından YeniAvropa-ya verilən məlumatda bildirilir ki, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından “Lider TV” kanalının lisenziyası qüvvədədir və kanal fəaliyyətini davam etdirir.

"Açıq yerüstü yayımda olan bütün ümümölkə kanalları kimi “Lider TV” kanalı da bütün kabel operatorları vasitəsilə yayımlanır. Milli Televiziya və Radio Şurasının qərarı olmadan həmin kanalın kabel şəbəkələri vasitəsilə yayımın dayandırılması və həmin kanal əvəzinə “APA TV” və ya “Baku TV” kimi internet televiziya kanallarının kabel şəbəkəsi vasitəsilə yayımlanması barədə xəbərlər həqiqəti əks etdirmir.

Qeyd olunmalıdır ki, “APA TV” və “Baku TV” kimi internet televiziya kanalları açıq yerüstü yayımda olmadığından onların kabel operatorlarının paketlərində yayımlanması qadağandır" , - deyə məlumatda bildirilir.