Bu günə qədər koronavirusdan sağalmış 100-ə yaxın vətəndaş plazma donoru olmaq üçün müraciət edib.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, burada sadəcə istək yetərli deyil, donorluğa uyğun olan kriteriyalar var. Ümumilikdə isə, donorlardan 79-nun göstəriciləri prosesə uyğun hesab olunub, onların verdiyi qandan 231 müalicəvi plazma hazırlanıb və 179 xəstənin müalicəsində istifadə edilib.