Yumşalmaya getmək mərhələli şəkildə həyata keçirilir. Burada məqsəd yoluxmaların sayına, sanitar-epidemioloji vəziyyətə nəzarət etməkdir.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva bildirib ki, hazırda karantin rejiminin yenidən sərtləşməsinə qərar vermək üçün ciddi dəyişiklik yoxdur: "Gündəlik yoluxma saylarında artmaya meyilliliyi görürük. Ona görə də bəzi qərarların qəbul olunması müzakirə olunacaq. Hazırda artım olsa da, vəziyyət nəzarət altındadır".