"II qan qrupunda ağırlaşmış koronavirus xəstələrinin sayı daha çox olub. Çində aparılan tədqiqatlar da bunu göstərir".
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verib.
O qeyd edib ki, çalışdığı dövrdə reanimasiyada 150-ə yaxın ağır xəstəyə baxıblar: "Həmin xəstələrin içində ikinci qan qrupundan olahlar əksəriyyət təşkil edib".