logo

Yaqut Qarayeva:"Yumşalmalara gedərkən yoluxmada artmalar gözlənilirdi"

17:27 21-08-2020 | icon 2786
Yaqut Qarayeva:"Yumşalmalara gedərkən yoluxmada artmalar gözlənilirdi"

Avqustun 10-dan 16-dək olan həftədə ölkəmizdə koronavirusa 651 yoluxma halı qeydə alınıb. Yoluxma hallarının 50 faizindən çoxu Bakı şəhəri və Abşeron yarımadasının payına düşür. Ölkəmizdə ən çox yoluxma halları 50-59 yaşarasında müşahidə olunur.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

"Ölkəmizdə yumşalma tədbirləri mərhələli şəkildə davam edir. Yoluxma saylarında isə artım qeydə alınır. Yumşalmalara gedərkən müəyyən artmalar gözləniləndir. Lakin bu, o demək deyil ki, biz bu artmaları normal qəbul etməliyik. Qaydalara ciddi şəkildə əməl olunmalıdır ki, yumşalmalar mərhələli şəkildə davam etdirilə bilsin. Hər bir vətəndaş maska taxmalı, gigiyena qaydalarına əməl etməli və fiziki məsafəni gözləməlidir", - deyə Y.Qarayeva qeyd edib.