Azərbaycanda koronavirus infeksiyasından daha 171 nəfər sağalıb, 162 yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 34 min 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib. Aktiv xəstə sayı 1727 nəfərdir.
Ötən müddət ərzində 861 min 788 test aparılıb. Bugünkü test sayı isə 5986-dır.