"Lotu Quli"ni öldürməsi üçün Bakinskiyə 4 milyon dollar ödənilib
20 avqust saat 02 radələrində qanuni oğru "Lotu Quli" Türkiyənin Antalya şəhərinin Serik bölgəsində yerləşən otellərin birində qətlə yetirilməsi haqda məlumat vermişdik.
YeniAvropa xəbər verir ki, qətlin yeni detalları məlum olub. Bildirilir ki, qətli "Xan Bakinski” ləqəbli Xaqan Dəyanət oğlu Zeynalov həyata keçirib. “axar.az”ın məlumatına görə, Xan Bakinskiyə sifarişi Rövşən Lənkəranskinin qohumu Zaur Əliağa oğlu Əhmədov verib. Qətlin icrası üçün Bakinskiyə 4 milyon dollar ödənilib.
İddiaya görə, qətl Rövşən Lənkəranskinin öldürüldüyü gün icra edilməli imiş. Belə ki, Rövşən Lənkəranski 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilmişdi. Onun avtomobili gülləbaran edilmişdi. Qətlinin sifarişçiləri sırasında isə Lotu Qulinin də adı çəkilirdi.
Lakin qatil Qulini 18 avqustda öldürə bilməyib və sifarişi 19 avqust gecəsi yerinə yetirib.
"Lotu Quli" 4 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
16 may 1995-ci il təvəllüdlü, qubalı Xan Bakinski – Xaqan Zeynalov kriminal aləmdə tanınmır. O yalnız "Jora” ləqəbli Samir Fəqan oğlu İsmayılovun təqdimatı ilə Lotu Quli ilə tanış olub. Daha sonra isə Lotu Quli Xaqanı özünə mühafizəçi götürüb.
Hadisə baş verəndə Lotu Quli tanışları ilə qumar oynayırmış. Qumar masası arxasında "Odessa Nazir” kimi tanınan Nazir Bayram oğlu Əliyev olub. Həmçinin Qulinin yaxınları Samir İsmayılov, Polad Omarov, Tarzan Nazarov, Maqamed Kurbanov da hadisə yerində imiş, onlar əsas şahidlərdir.
Lotu Qulinin mühafizəçisi olan Xaqan Zeynalov "şefini” güllələyəndən sonra qaçarkən onun arxasınca Tarzan Nazarov düşüb və dərhal atəş açaraq Xaqanı yaralayıb.
Digər bir dəhşətli məqam isə odur ki, qətldən dərhal sonra Polad Omarovun mobil telefonuna naməlum nömrədən mesaj gəlib. Mesajda bildirilib:
"Böyük qardaşınızın axırı budur, sizi də bu aqibət gözləyir”.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq