Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, ötən gün xəbər saytları və sosial şəbəkələrdə həmin toydan görüntülər yayaılıb.
Ötən gün toyla bağlı video yayılmışdı. Bunun ardından məsələyə münasibət bildirən R.Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına toy etməsi xəbərinin KİV-də yayılmasına sərt reaksiya verərək, ailə məsələlərini ictimailəşdirən medianı tənqid etmişdi.
Bu gün isə toydan daha bir görüntü paylaşılıb. Maraqlıdır ki, videoda Ramiz Mehdiyev, həyat yoldaşı Qalina Mehdiyeva və digər qonaqlar da yer alıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə tost deyib.
Maraqlısı isə odur ki, yayılan görüntülərdə karantin rejimi qaydalarına əməl olunmadığı, heç bir sosial məsəfə, filan gözlənilmədiyi aydın şəkildə görünür: