logo

Lalə Şövkət sabah əməliyyat olunacaq

11:10 21-08-2020 | icon 2219
Lalə Şövkət sabah əməliyyat olunacaq

Sabiq dövlət katibi, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət sabah əməliyyat olunacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Lalə Şövkətin oğlu Sidqi Şövkət məlumat verib. Onun sözlərinə görə, hazırda anasının vəziyyəti normaldır, xəstəxanada həkim nəzarətindədir.

 "Uzun illərdir, Lalə xanımın yoğun bağırsağında şiş var. Sadəcə, hər il şiş temperaturunun qalxmasına səbəb olurdu, müalicə edilirdi. Bu il də 4 ay həmin şiş Lalə xanımın temperaturunun qalxmasına səbəb oldu. Həkimlər və cərrahlar şişin mütləq əməliyyatla götürülməli olduğunu məsləhət gördülər. Lalə xanım sabah özəl klinikalardan birində əməliyyat olunacaq”,-deyə oğlu buldirib.