ARB növbəti mövsümdə 20-dən çox yeni işçi işə götürəcək
"Son zamanlar bəzi xəbər saytlarında ARB telekanalında ixtisarlar olması barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, bu, reallığı əks etdirmir”.
YeniAvropa xəbər verir ki, bu fikri ARB telekanalının mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli səsləndirib. Bildirilib ki, pandemiya başlamazdan əvvəl 2020-ci ilin yanvar ayında ARB24 MMC-nin tərkibindəki ARB və ARB24 telekanallarında 344 nəfər əmək müqaviləsi ilə çalışırdısa, hazırda bu rəqəm 341-dir:
"Yanvardan indiyədək bir neçə əməkdaş işdən çıxıb, eləcə də yeniləri işə götürülüb. Bu, təbii haldır. Bütün telekanallarda cari mövsüm bitəndə reytinqi aşağı olan bəzi layihələr dayandırılır, növbəti mövsüm üçün yeni layihələr hazırlanır. Buna görə də yeni mövsümlə əlaqədar bəzi əməkdaşların işdən çıxması və yenilərinin işə götürülməsi baş verir. Bildirmək istəyirik ki, qarşıdakı televiziya mövsümündə 20-dən çox yeni əməkdaşın işə götürülməsi nəzərdə tutulur. Buna görə də pandemiya dövründə ARB telekanalında guya ixtisarların olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və spekulyasiya xarakteri daşıyır”.
O. İbrahimli həmçinin qeyd edib ki, aparıcı Rövşanə Ağasəfqızının ittihamına gəlincə, hələ bu ilin əvvəlində ona verilişin baxımlılıq səviyyəsinin aşağı olması ilə bağlı xəbərdarlıq edilib: "Rövşanəyə verilişin keyfiyyətinin artırılması və yeniliklər edilməsi ilə bağlı xəbərdarlıq olunub. Lakin o, tələbləri yerinə yetirməyib və verilişin səviyyəsini artırmağa nail ola bilməyib. Buna görə də yeni mövsümdə layihənin davam etdirilməsi məqsədəuyğun hesab edilməyib. Bundan sonra R. Ağasəfqızına başqa veriliş təklif olunub, lakin o, bundan imtina edib. Bu səbəbdən onunla əmək müqaviləsinin uzadılmamasına qərar verilib. R. Ağasəfqızına bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq”.
ARB telekanalının reytinqinin aşağı olması ilə bağlı səsləndirilən iddiaya gəlincə, Ozal İbrahimli bildirib ki, 2016-2017-ci il mövsümündə telekanalın ümumi reytinqi 2.18% idisə, 2019-2020-ci il mövsümündə bu rəqəm 7.47% olub:
"Göründüyü kimi, ilk mövsümlə müqayisədə hazırda reytinq 3.4 dəfədən çox artıb. 2019-2020-ci il mövsümünün nəticələrinə görə, ARB ölkə telekanalları arasında reytinqinə görə üçüncü olub”, - deyə o əlavə edib.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq