logo

700-dək Rusiya vətəndaşı bu gün  Azərbaycandan təxliyyə olunacaq

17:28 20-08-2020 | icon 2604
700-dək Rusiya vətəndaşı bu gün  Azərbaycandan təxliyyə olunacaq

Koronavirus pandemiyası səbəbindən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edildiyinə görə və ölkənin sərhədləri bağlandıqdan sonra Azərbaycanda minlərlə Rusiya Federasiyasının vətəndaşı qalıb.

YeniAvropa xəbər verir ki, bu müddət ərzində Rusiya vətəndaşlarının öz ölkələrinə qayıtması məqsədilə lazımi şəraitin yaradılması üçün Azərbaycan hökuməti tərəfindən Rusiyanın Bakıdakı səfirliyinə hərtərəfli dəstək göstərilib.

İndiyə qədər ümumilikdə 4 mindən artıq Rusiya vətəndaşı Azərbaycandan təxliyyə olunub. 

Avqustun 20-də 700-ə yaxın Rusiya vətəndaşının Dağıstan vasitəsilə Rusiya Federasiyası ərazisinə keçidi nəzərdə tutulur.

Təxliyyələr Rusiya Federasiyasının aidiyyəti qurumlarının müəyyən etdiyi xüsusi prosedur və qaydalara uyğun şəkildə dövri əsasda həyata keçirilir.