Bu gün "axar.az"a istinadla KİV-lıərdə sabiq deputat Hadı Rəcəblinin öğluna toy etməsi barədə məlumatlar yayılıb.
YeniAvropa xəbər verir ki,məlumatda Hadı Rəcəblinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi vurğulanıb.
Hadı Rəcəblinin ailəsindən "modern.az"a bildirilib ki, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil: "Dünən "ASAN Xidmət”də Hadı Rəcəblinin nəvəsi - oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında - açıq havada 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.
Yaxınlarının verdiyi məlumata görə, mərasim "Sea Breeze” restoranında təşkil edilib:
"Nikah mərasimində tanınmış müğənni Emin Ağalarov da iştirak edib. Amma nə Hadı Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak edib”.
Hadı Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı imiş.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy-nişan mərasimlərinin keçirilməsini qadağan edib.