Sabiq millət vəkili Hadı Rəcəbli bu gün oğluna toy mərasimi keçirəcək.
YeniAvropa xəbər verir ki, toy “Sea Breeze” restoranında təşkil ediləcək.
"Axar.az"a məlumat verən mənbənin sözlərinə görə, sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçiriləcəyi də qeyd edilir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy mərasimlərinin keçirilməsini qadağan edib.