logo

Tütkiyəyə üçmaq istəyən BNA rəhbəri Vüsal Kərimlidə koronavirus aşkarlandı

14:07 20-08-2020 | icon 4494
Tütkiyəyə üçmaq istəyən BNA rəhbəri Vüsal Kərimlidə koronavirus aşkarlandı

Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb. Lakin  pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb.

YeniAvropa xəbər verir ki, bu haqda  BNA-dan bildirilib. Qeyd edilib ki, İdarə Heyətinin sədri və digər əməkdaş karantinə alınıblar. Zəruri müayinə və müalicə tədbirləri görülür. Vüsal Kərimlinin və əməkdaşımızın səhəti stabildir, hər hansı bir narahatlıq müşahidə olunmur.

Yeni avtobusların alınmasının paytaxt üçün əhəmiyyəti nəzərə alınaraq səfər təxirə salınmayıb. Test nəticələri neqativ olan əməkdaşlar Türkiyəyə üçüblar.

Qeyd edək ki, Türkiyənin BMC şirkətinin istehsalı olan 115 ədəd avtobusun çatdırılması prosesinə bu ilin oktyabrında başlanılacaq və noyabradək yekunlaşdırılması nəzərdə tutulub.