logo

Karantini pozan idman zalı aşkarlandı

11:09 20-08-2020 | icon 2093
Karantini pozan idman zalı aşkarlandı

Paytaxtın Binəqədi rayonunda rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.Qeyd edilib ki, Binəqədi rayon Polis İdarəsinin  7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə  Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

 Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.