Azərbaycanda koronavirusla bağlı 19 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb
Bildirilib ki, Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 359 nəfər test edilib. indiyədək isə ölkədə ümumilikdə 849 628 nəfər koronavirusa qarşı test edilib.
Son sutka ərzində 162 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı isə 1 747 nəfərdir. Bu gün 146 yeni yoluxma və 1 ölüm faktı qeydə alınıb.
Hazırda reanimasiyada 178 nəfər müalicə alır, 28 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, indiyədək ölkəmizdə 34 620 nəfər virusa yoluxub, 510 nəfər ölüb, 32 363 nəfər isə sağalıb.