Daxili işlər naziri Vilayət Eyvazov yazıçı Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadəyə zəng edib.
YeniAvropa xəbər verir ki, bu barədə Q.Nəcəfzadə özünün "Facebook" hesabından məlumat paylaşıb.
O, yazdığı statusda V.Eyvazova təşəkkürünü bildirib: "Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri -etik hərəkətlər etdiyi üçün dünən,ayın 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı. Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə sizə təşəkkür edirəm!”
Xatırladaq ki,avqustun 18-də gənc yazar Kəramət Böyükçöl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyiin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata açıqlamasında Kəramət Böyükçöünl qonşularının və kirayədə qaldığı evin sahibinin şikayətləri əsasında saxlanıldığını deyib.