logo

Azərbaycanda 14 yaşlı qızın ərə verilməsinin qarşısı alındı

18:21 19-08-2020 | icon 2380
Azərbaycanda 14 yaşlı qızın ərə verilməsinin qarşısı alındı

Azərbaycanda yeniyetmə qızın məcburi ərə verilməsi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O, bu gün səhər tezdən edilən zəngdə rayonların birində 14 yaşlı uşağın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılması məlumatını aldığını bildirib.

"Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdüm. Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və ailə nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib".