Bu gün daha 400 Azərbaycan vətəndaşının Rusiyanın Dağıstan Respublikasından Azərbaycana təxliyəsi həyata keçirilib.
YeniAvropa xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.
"Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıdışı təmin olunub",-deyə Tural Səfərov bildirib.
xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.