Satirik videoların müəllifi Ərtoğrul Kamalov Azərbaycan prezidentinin köməkçiləri – Şahmar Mövsümov və Hikmət Hacıyevlə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Ə.Kamalov özünün "Facebook" hesabında məlumat paylaşıb.
"Çox dəyərli Şahmar müəllim və Hikmət müəllimlə görüşümüz baş tutdu. Mənimçün qururverici anlar idi. Səmimiyyətləri isə tamam başqa idi. Var olun ölkəmizin dəyərli oğulları. Allah Sizi qorusun.. Nə yaxşı ki, Sizi şəxsən tanıdım, nə yaxşı ki, varsınız. Şahmar müəllim də, Hikmət müəllim də videolarımı çox bəyəndiklərini və davam etməyimi istədilər", - o əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə H.Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bir neçə gün öncə keçirilən brifinqində çıxışı zamanı Ə.Kamalovun hazırladığı videomaterialları bəyəndiyini bildirərək onu Prezident Administrasiyasına dəvət edib.
Xatırladaq ki, Ərtoğrul Kamalov bu videoları ilə daha çox məhşurlaşmışdı: