logo

Azərbaycanda 25 nəfər ədliyyə orqanlarından xaric edilib

20:51 18-08-2020 | icon 2352
Azərbaycanda 25 nəfər ədliyyə orqanlarından xaric edilib

Son dövrdə fəaliyyətində pozuntulara və ciddi nöqsanlara yol verən 400 ədliyyə işçisi, o cümlədən 40 icra xidməti əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib. Onun sözlərinə görə, , 25 nəfər ədliyyə orqanlarından xaric olunub, 12 nəfər məsul vəzifəsindən azad edilib.

Bundan əlavə, 5 nəfər barədə materiallar istintaqa göndərilib, 16 nəfər ədliyyə işçisi xüsusi karantin rejiminin tələblərini pozduqlarına görə cəzalandırılıb.

Nazirlikdə aparılan kadr islahatları çərçivəsində bir neçə baş idarə və idarələrin rəhbərliyi yenilənib, o cümlədən İcra Baş idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib. Həmçinin cari ilin 6 ayı ərzində 80-dən artıq gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub.