Azərbaycanda koronavirus infeksiyasından daha 159 nəfər sağalıb, 131 yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 34 min 474 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 201 nəfər müalicə olunaraq sağalıb, 509 nəfər vəfat edib. Aktiv xəstə sayı 1764 nəfərdir.
Ötən müddət ərzində 843 min 269 test aparılıb. Bugünkü test sayı isə 6361-dir.