Bakıda tikilməkdə olan Dövlət Gömrük Komitəsinin(DGK) yeni inzibati binasının görüntüləri yayılıb.
YeniAvropa xəbər verir ki, Bakının Yasamal rayonunda inşa olunan göydələn DGK-nın indiki binası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasının arasında yerləşir. Trend-in məlumatına görə, yeni tikilinin sahəsi 1 600 m2 ərazini əhatə edir.
Artıq sözügedən ərazidə yeni binanın binövrəsi üçün çala qazılıb.