logo

Bakıya aylıq normanın 98 faizi qədər yağış yağıb

11:55 17-08-2020 | icon 3206
Bakıya aylıq normanın 98 faizi qədər yağış yağıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, düşən yağışın miqdarı Göygöldə 12, Gədəbəydə 10, Daşkəsəndə 9, Tərtərdə 8, Naftalanda 6, Şahbuz, Ağdərədə 5, Şərur, Ağdam, Astara, Bərdədə 4, Kişçay (Şəki), Zərdabda 3, Sədərək, Gəncə, Şamaxı, Mərəzə, Beyləqan, Yardımlıda 2, Naxçıvan, Ordubad, Şəmkir, Şəki, Quba, Qırız, Göyçay, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Şahdağda 0-1, Bakıda 6 millimetr (aylıq normanın 98 faizi) olub.

Şimal-qərb küləyi əsib, arabir Gəncədə 24, Naftalanda 18, Neft Daşları stansiyasında 15 metr/saniyəyədək güclənib, Xəzər dənizində dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 1° aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-30°, Aran rayonlarında 27-32°, dağlıq rayonlarda 13-19°, Naxçıvan Muxtar Respublikasında 29-31° isti olub.