logo

Daha 33 soydaşımız Qazaxıstandan vətənə yola salınıb

17:30 16-08-2020 | icon 2737
Daha 33 soydaşımız Qazaxıstandan vətənə yola salınıb

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalan daha 33 həmyerlimiz vətənə yola salınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Aktaudakı Baş Konsulluğundan bildirilib. Qeyd edilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşlarımızın hamısı virusa qarşı testdən keçirilib.

Ümumilikdə bu günə qədər Qazaxıstandan gəmi vasitəsilə 316 nəfər vətənə yola salınıb.

Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.