logo

Şabrana avtoqəzada ölənlərin şəxsiyyəti müəyyənləşib

16:15 16-08-2020 | icon 2807
Şabrana avtoqəzada ölənlərin şəxsiyyəti müəyyənləşib

Şabranda baş verən yol-nəqliyyat hadisəsində ölənlərdən ikisinin şəxsiyyəti müəyyənləşdirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd edək ki avtoqəza bu gün səhər saat 06:15–də Bakı-Quba yolunun 141-ci kilometrliyində, Şabran rayonunun Aygünlü kəndi ərazisində qeydə alınıb.

Hüseynov Vilayət Mikayıl oğlunun idarə etdiyi "Mercedes” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan üç sərnişin ölüb. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Avtoqəzada ölənlərdən ikisinin Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Nəzərov Məftun Adil oğlu və Abşeronda yaşayan Yevlax rayon sakini 1992-ci il təvəllüdlü Hüseynova Tovuz Abbas qızı olduğu müəyyən edilib. Ölən digər sərnişinin şəxsiyyəti müəyyənləşdirilir.

Meyitləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.