logo

Azərbaycanda daha 89 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

17:11 15-08-2020 | icon 2961
Azərbaycanda daha 89 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 207 nəfər sağalıb, 89 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 34 min 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 min 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib. Aktiv xəstə sayı 1904 nəfərdir.

Ötən müddət ərzində 826 min 43 test aparılıb. Bugünkü test sayı isə 6041-dir.