"Hazırda iri ticarət müəssisələrinin açılması ilə bağlı yekun qərar yoxdur”.
YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, mərhələli şəkildə açılmalara gedilir, növbəti məqama keçidlə bağlı qərarlar qəbul edilir: "Vətəndaşların ictimai fəallıq və qaydalara nəzarət etməsindən asılı olaraq növbəti vaxtlarda bununla bağlı qərar qəbul ediləcək”.