“İctimai iaşə obyektlərində, açıq havada şənliklərin keçirilməsini nəzərdə tutmuruq”.
YeniAvropa xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva səsləndirib.
Onun sözlərinə görə, toylar kütləvi şənliklər kateqoriyasındadır və masa arxasında yalnız qida qəbul edərkən maskaların çıxarılmasına icazə verilir: "Digər hallarda isə maskasır bir yerə toplaşmamaq, 1,5-2 metrlik ara məsafəsi saxlanılması kimi digər ümumi qəbul olunmuş qadağaların tərkibində olduğuna görə toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq”.