logo

Türkiyədə baş verən zəlzələ Naxçıvanda 3 bal gücündə hiss olunub

11:09 12-08-2020 | icon 2513
Türkiyədə baş verən zəlzələ Naxçıvanda 3 bal gücündə hiss olunub

Avqustun 12-də Heydərabad seysmoloji stansiyasından 53 kilometr şimal-qərbdə - Türkiyənin İğdır vilayətində maqnitudası 4.4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:29-da qeydə alınıb.

Ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 3 bala qədər hiss olunub.