logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

21:49 11-08-2020 | icon 2499
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Azərbaycanda koronavirusla bağlı 11 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 6318 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 796 min 459-a çatıb.

Reanimasiyada olan xəstə sayı 226, süni tənəffüs cihazında olan xəstə sayı 46 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 33 min 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib. Aktiv xəstə sayı 2380 nəfərdir.