"Təmizlik" imitasiyası Cahangir Əsgərovu xilas edəcəkmi?
Prezident İlham Əliyevin avqustun 8-də koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədən sonra "Azərbaycan Hava Yolları”(AZAL) QSC-nin rəhbəri Cahangir Əsgərov gündəmdən düşmür.
YeniAvropa xəbər verir ki, buna səbəb müşavirədə "AZAL"ın ölkə başçısı tərəfindən sərt tənqid olunmasıdır.
Xatırladaq ki, prezident müşavirədə dövlət büdcəsindən "AZAL"a əhəmiyyətli yatırımların edilməsinə baxmayaraq, qurumun mənfəət vermədiyini bildirib. "AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”, - deyə ölkə başçısı vurğulayıb.
İlham Əliyevin bu çıxışından dərhal sonra Cahangir Əsgərovun da sabiqlərin sırasına qoşulacağı barədə iddialar səsləndirilməyə başlayıb. Eyni zamanda onun biznes imperiyası barədə başgicəlləndirən faktların ictimailəşdirilməsi prosesinə start verilib. Demək olar ki, hər gün "AZAL" rəhbərinin biznesi, irimiqyaslı korrupsiya əməliyyatları barədə materiallar tirajlanır.
Müşahidələr göstərir ki, Cahangir Əsgərov da kareyrasının son akkordlarını vurur. Yayılan məlumatlara görə, o, özünü sığortalamaq üçün "AZAL"da təmizləmələrə start verib. Bildirilir ki, qurumun Təhlükəsizlik Baş idarəsinin rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayılov və Əli Qurbanəliyev tutduğu vəzifədən azad edilib. Həmçinin Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilməsi ilə bağlı ərizəsi alınıb. "AZAL"dan xəbəri nə təkzib, nə də təzdiq ediblər. Bu da informasiyanın fake olmadığına şübhələri artırır.
Cahangir Əsgərov 1996-cı ildən "AZAL"ın rəhbəridir. O, 24 illik karyerası dövründə dəfələrlə tənqid hədəfinə gəlib. Bu baxımdan, hakimiyyət islahatlar kampaniyasına başlayanda mediada və sosial şəbəkələrdə işdən çıxarılmalı olan məmurlar sırasında Cahangir Əsgərovun adı ilk sıralarda çəkilirdi. O, həm uzun müddət vəzifədə qalan, həm də yaşı 65+ olan məmurlar kateqoriyasına aid olduğundan islahatların ilk dalğasında istefaya göndəriləcəyi gözlənilirdi.
Lakin islahatların ilk mərhələsində Cahangir Əsgərov özünü qoruya bildi. Onun Novruz Məmmədov, Ramil Usubov, Ramiz Mehdiyev, Əli Həsənov, Hacıbala Abutalıbov və digər yaşlı, eyni zamanda uzun müddət vəzifədə qalan məmurlardan fərqli olaraq postunda saxlanılması islahatların əslində imitasiya xarakteri daşıdığı və qrup maraqlarına xidmət etdiyi barədə mülahizələrə səbəb oldu. Amma bunu hakimiyyətin birdən-birə radikal islahatlara getməyin riskli olması və dəyişikliklərin mərhələli şəkildə aparılması planı ilə əlaqələndirənlər də oldu. Ölkə başçısının son müşavirədə "AZAL"ı sərt tənqid etməsi bu mülahizənin daha inandırıcı olduğunu və islahatların heç bir qurumdan, o cümlədən "AZAL"dan yan keçməyəcəyini bir daha ortaya qoydu.
"Yenisabah.az"
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq