logo

Sabah daha 74 soydaşımız Gürcüstandan  təxliyə ediləcək

20:15 11-08-2020 | icon 2429
Sabah daha 74 soydaşımız Gürcüstandan  təxliyə ediləcək

Sabah Gürcüstandan daha 279 nəfər Azərbaycana təxliyə ediləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyə edilənlər 11 avqust tarixində Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək.

Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar 12 avqust tarixində saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi ayrılmış 5 avtobusla "Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yollanacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar.