logo

Bakıda 30 nəfərin pulunu mənimsəyən qadının məhkəməsi başlayır

19:56 11-08-2020 | icon 2562
Bakıda 30 nəfərin pulunu mənimsəyən qadının məhkəməsi başlayır

Bakıda dələduzluqda təqsirləndirilən Xədicə Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 YeniAvropa xəbər verir ki, cinayət işi Nəsimi rayon Məhkəməsinin hakim Babək Pənahovun icraatındadır. 

Qeyd edək ki, X.Əhmədova müxtəlif vədlər verərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilir. 

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.

İş üzrə 30 zərərçəkmiş müəyyən edilib. 

Xatırladaq ki, X.Əhmədova əvvəllər də eyni əmələ görə ittiham olunub.