Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin stasionar dəniz özülündə operator vəzifəsində işləyən 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlunun avqustun 9-da növbədə olan zaman itkin düşməsi barədə məlumat daxil olub.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, nazirliyin Aviasiya dəstəsinin helikopterinin göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi axtarışlara cəlb olunub.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.