Avqustun 8-də və 9-da karantin keçid postlarından 3500-dən çox avtomobil geri qaytarılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən YeniAvropa-ya bildiriblər ki, ötən həftənin şənbə və bazar günləri ərzində Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 400-ü rayon, 860-ı paytaxt istiqamətinə olmaqla 1260, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 280-i rayon, 955-i paytaxt istiqamətinə olmaqla 1235, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 535-i rayon, 510-u paytaxt istiqamətinə olmaqla 1045 avtomobil geri qaytarılıb. Ümumilikdə 3540 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.