logo

400 minlik toyu ilə gündəmə gələn Aysel ikinci ərindən də boşandı

18:48 09-08-2020 | icon 2849
400 minlik toyu ilə gündəmə gələn Aysel ikinci ərindən də boşandı

400 min manatlıq toy etməsi ilə gündəmə gələn tanınmış bloger Aysel Şükürova ikinci dəfə boşanır.

YeniAvropa xəbər verir ki, bu barədə "qafqazinfo" məlumat yayıb.Bildirilir ki, Aysel Şükürova əri Oqtay Əhmədovdan ayrılıb və artıq rəsmi boşanma üçün məhkəməyə müraciət edib.

O, “Instagram”dakı 1,1 milyonlluq profilindən əri ilə birgə olan bütün fotolarını silib.

Qeyd edək ki, Aysel Şükürova "Bakı Lifttəmir" İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Q. Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb. 

Aysel Şükürova şəxsi "İnstaqram" səhifəsində boşanma xəbərinə belə münasibət bildirib:“Mənim əsəblərim yerində deyil. Hər şeydən bezmişəm, başımı qatıram, işlərimlə məşğul oluram. 3 oğlum var, onlar üçün yaşayıram. Nə qədər ömrüm qalıbsa, onlara vaxt ayıracağam. Xahiş edirəm, üstümə gəlməyin, mənə heç nə yazmayın”.