logo

Azərbaycanda 87 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

14:36 09-08-2020 | icon 2856
Azərbaycanda 87 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 308 nəfər sağalıb, 87 yeni yoluxma faktı qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib. Aktiv xəstə sayı 2714 nəfərdir.

Ötən müddət ərzində 785 min 126 test aparılıb. Bugünkü test sayı isə 5618-dir.