“Bakı-Naxçıvan aviareyslərinin sayının bir qədər də artırılması nəzərdə tutulub”.
YeniAvropa xəbər verir ki, bu fikri prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində səsləndirib.
“Beynəlxalq reyslərə gəlincə, bir neçə istiqamət üzrə xüsusi uçuşlar həyata keçirilir. Bəzən fikirlər səslənir ki, Türkiyənin kurort zonalarına aviareyslər bərpa olunsun. Əgər bu gün Bakıdan rayonlara gediş-gəlişə icazə vermiriksə, beynəlxalq uçuşlara niyə icazə verməliyik? Rayonlara gediş-gəliş açılanda beynəlxalq reyslər də bərpa olunacaq”, - deyə o, sözlərinə əlavə edib.