Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Hövsan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə sakini A.Rəhimov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 2 kiloqram 535 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.