İyulun 18-da Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9263 test edilib. Ümumilikdə isə indiyədək ölkədə 619 786 test aparılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hazırda ölkədə 8334 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 333 nəfər reanimasiyada yerləşdirilib, 63 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Ümumilikdə 27 133 nəfər virusa yoluxub, 18 450 nəfər sağalıb.
Qeyd edək ki, bu gün 497 koronavirusa yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 645 nəfər sağalıb.