İyulun 18-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə 8-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri aparılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən məlumat verilib.
Saat 18:00-dək davam edən tədbir zamanı şəhərin mərkəzi və paytaxtın kənar rayonlarda ümumilikdə 546 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.